Beyrut limanına dəyən ziyan 8 milyard dollardır
Dünya Bankı avqustun 31-də yaydığı bir hesabatda, partlayış nəticəsində Beyrut limanına dəyən ziyanın məbləğinin 6,7-8 milyard dollar civarında olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Dünya Bankı bu hesabatda əlavə edib: "Livan təxminən 605-760 milyon dollarlıq təcili yardıma və gələn il üçün 1,18-1,46 milyard dollar maliyyə yardıma ehtiyaclıdır".
Dünya Bankının hesablamalarına görə, müvafiq olaraq, nəqliyyat, mədəniyyət və mənzil sektoru daha çox yardıma ehtiyaclıdır.
Dünya Bankının hesabatında deyilir: "Kapital çatışmazlığı,, ticarətin pozulması və bu ölkə gəlirlərinin bir hissəsinin itirilməsi səbəbindən iqtisadi fəaliyyətlərə dəyən ziyan Beyrut partlayışının əsas iqtisadi fəsadlarındandır. Nəticədə Livanda Ümum Daxili Məhsulun istehsalı cari ildə əvəlcədən proqnoz edildiyindən 0,4 faiz və növbəti ildə 0,6 faiz daha çox azalacaq.
Qeyd edək ki, Avqustun 4-də Beyrut limanında yerləşən pirotexnika anbarında geniş yanğının baş verməsi səbəbindən yaxınlıqdakı ammonium nitrat anbarında dəhşətli partlayış baş veribdir ki, bu ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, indiyə kimi bu partlayış nəticəsində 190 nəfər həyatını itirib, 6500-dən çox insan isə yaralanıb.