Sen 02, 2020 20:39 Asia/Baku
  • Qətər əmiri: Fələstin dövlətinin qurulması qəti mövqelərimizdən biridir

Qətər əmiri ABŞ prezidentinin müşaviri və kürəkəni ilə görüşdə Fələstində iki dövlətli bir həll yolunun tətbiq edilməsi zəruriliyini vurğulayıb.

SəhərAzəri Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Qətər əmiri çərşənbə günü ABŞ prezidentinin elçisi və kürəkəni ilə görüşündə ölkəsinin Fələstinlə bağlı mövqeyinin dəyişilməz olduğunu söyləyib.
Qatar əmiriliyi tərəfindən bir açıqlamada bildirilib ki; Tamim bin Hamad al-Sani bu gün Dohada "Yaxın Şərq sülh prosesi" ni müzakirə etmək üçün Jared Kouchner-i qarşılayıb.
Açıqlamaya görə, Qətər əmiri, ölkənin Fələstin məsələsində mövqeyinin qətiyyətli olduğunu və Dohanın bu məsələyə beynəlxalq hüquqi qətnamələrə və "Ərəb Sülhü" təşəbbüsünə (Fələstin Hökumətinin təşkili əvəzində İsrailin ərəb ölkələri tərəfindən tanınması) və "iki dövlətli həll yoluna" (Fələstin dövləti və İsrail dövləti) uyğun olaraq Bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçünzəruri addımların atılmasının vurğulayıb.
Qətər əmirinin Trampın kürəkəni və baş məsləhətçisi ilə görüşü zamanı bu sözləri elə bir şəraitdə söylənilib ki, BƏƏ və Sionist rejim bu yaxınlarda ABŞ-ın vasitəçiliyi ilə münasibətləri normallaşdırmağa razı olublar. Həmin şəraitdə və bazar ertəsi günündən Koşner, Sionist rejimin baş nazir müşaviri və ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert OBerin ilə birlikdə Ərəb ölkələrini təşviq etmək üçün Fars körfəzinə səyahətə çıxıb. 
Bu səfər zamanı Səudiyyə Ərəbistanı rəsmi olaraq İsrail təyyarəsinin öz səmasından keçib Əbu-Dabiyə enməsinə icazə verdi. Koşner Bəhreyn və Səudiyyə rəsmiləri ilə də görüşüb.

Teqlər