Sen 03, 2020 08:56 Asia/Baku
  • Vaşinqton Hizbullaha qarşı mövqe tutub

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Livan Hizbullahı bu ölkənin gələcək hökumətində iştirak etməməlidir.

 SəhərAzəri xəbər verir, Morqan Ortaqus səudiyyəli Ələrəbiyyə telekanalı ilə müsahibədə Vaşinqtonun Livanın daxili işlərinə qarışmasının davamında deyibdir ki, Amerika Hizbullahın Livan hökumətinin bir hissəsi olmasını istəmir.

Amerika dövlət katibinin Qərbi Asiya məsələləri üzrə müavini Devid Şenker də çərşənbə günü Livan Hizbullahına ittiham vuraraq bildiribdir ki, Vaşinqton Hizbullaha qarşı təzyiq və sanksiyalarını davam etdirəcək.

Amerika indiyədək dəfələrlə Livan Hizbullahının tabeliyində olan şəxs və orqanları sanksiya edibdir.

Amerika Livan Hizbullahının regionda terror qrupları ilə mübarizədəki uğurlarından sonra bu hərəkata qarşı təzyiqin şiddətləndirilməsi üzrə səylərini artırıbdır.

Livan Hizbullahı müqavimət cəbhəsinin əsas üzvlərindən biri kimi amerikan-sionist mehvərinin fitnələri və hərəkətlərilə mübarizədə əsas rol oynayır.
 

Teqlər