Sen 03, 2020 08:59 Asia/Baku
  • Suriyanın yeni hökuməti and içib

Hussəyn Ərnousun başçılıq etdiyi Suriyanın yeni hökuməti dünən gecə bu ölkənin prezidenti Bəşşar Əsədin qarşısında and içib.

SəhərAzəri xəbər verir, Suriya prezidenti Bəşşar Əsəd avqustun 25-də bir fərman verərək, Hussəyn Ərnousa bu ölkənin yeni hökumətini təşkil etməyi həvalə etmişdi.

Suriyanın yeni hökumətinin üzvləri andiçmə mərasimindən sonra Suriya prezidentilə görüşüblər.

Bəşşar Əsəd bu görüşdə istehsala dəstəyi, Amerikanın Dəməşqə qarşı mühasirəsi və iqtisadi sanksiyaları ilə mübarizənin mühüm yolu adlandırıb.

Suriya prezidenti hökumətin, bu ölkənin iqtisadi problemlərinin həlli istiqamətindəki ümumi proqramları və siyasət kursunu bəyan edib.

Amerika terrorçulara dəstək istiqamətində 2011-ci ildən Suriyanı müxtəlif sanksiyalara məruz qoyubdur.

Suriyadakı böhran regional parametrləri sionist rejimin xeyrinə dəyişmək məqsədilə 2011-ci ildə, Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədikləri terror qruplaşmalarının geniş hücumları ilə başlandı.
 

Teqlər