Beyrutda silahlı toqquşma
Livanın paytaxtı Beyrutun «Təriq Əlcədidə» bölgəsində silahlı toqquşma nəticəsində bir nəfər ölüb, bir qrup insan isə yaralanıbdır.
SəhərAzəri xəbər verir, Toqquşma dünən axşamçağı Əlmustəqbəl cərəyanının tərəfdarları ilə Livanın keçmiş baş naziri Səəd Əlhəririnin böyük qardaşı Bəha Əlhəririnin havadarları arasında baş verib.
Livanın ordu qüvvələrinin məsələyə qarışmaları və bölgədə yerləşmələri ilə toqquşmalar dayanıbdır.
Siyasi dairələrin və mediaların da diqqətini çəkən Səəd Əlhəriri ilə Bəha Əlhəriri arasındakı son açıq ixtilaflar, küçələrdə onların tərəfdarlarına da çəkilibdir.
Livanlıların etirazlarının qızğın çağında, özünü onların liderlərindən biri kimi təqdim edən Bəha Əlhəriri hazırda «qardaşının müqavimət silahı qarşısındakı passivliyi» adlandırdığı məsələ və korrupsiya ilə mübarizə bəhanəsilə siyasət meydanına daxil olubdur.