Fələstinlilərə Qətərın təskinləşdirici mesaji
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367020-fələstinlilərə_qətərın_təskinləşdirici_mesaji
Mülki işlər naziri və Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvü Dohaya səfəri zamanı Qətər səlahiyyətliləri ilə əhəmiyyətli və müsbət görüşlər keçirildiyini elan etdi. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2020 18:13 Asia/Baku
  • Fələstinlilərə Qətərın təskinləşdirici mesaji

Mülki işlər naziri və Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvü Dohaya səfəri zamanı Qətər səlahiyyətliləri ilə əhəmiyyətli və müsbət görüşlər keçirildiyini elan etdi. 

SəhərAzəri xəbər verir, Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Fələstin Mülki İşlər Naziri Hüseyn Şeyx Tvitter səhifəsində yazıb: Qətər səlahiyyətliləri Fələstin məsələsinə və Fələstin rəhbərliyinin mövqelərinə, Ərəb sülh planına və beynəlxalq qətnamələrə sadiq olduqlarını qətiyyətlə təkrarladılar. 
O, Qətərin Fələstinliləri barışdırmaq və ixtilaflara son qoymaq səylərini dəstəklədiyini təkrarladığını da bildirib.
Bundan əvvəl Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Əzzəm əl-Əhməd vurğulamışdı ki: Fələstin rəhbərliyi ilə Qətər qardaşları arasındakı fikir ayrılıqları və Qətər HƏMAS və Fəth arasında ixtilaflaradan sonra, Qətər Fələstin Muxtariyyətini maliyyələşdirməyi dayandırdı, Ama buna baxmayaraq, 300 milyon dollar kredit istədik və razılaşdırıldı. Ayda 25 milyon dollar ödənildi. Qətər üstəlik bizə 50 milyon dollar da hədiyyə etdi. 
əl-Əhməd deyib: "Kredit sona çatmaq üzrədir və Hüseyn əl-Şeyx maliyyə böhranı səbəbindən yeni bir kredit üçün müraciət etmək niyyəti ilə Qətərə gedib. "