Ənsarullah Ərriyadda mühüm bir hədəfə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367095-Ənsarullah_Ərriyadda_mühüm_bir_hədəfə_hücum_edib
Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın paytaxtı Ərriyadda mühüm bir hədəfə hücumun edilməsindən xəbər verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 10, 2020 16:08 Asia/Baku
  • Ənsarullah Ərriyadda mühüm bir hədəfə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın paytaxtı Ərriyadda mühüm bir hədəfə hücumun edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Yəhya Əlsərii bir tvittdə yazıbdır ki, Yəmənin aviasiya və raket qüvvələri Ərəbistanın paytaxtı Ərriyadda mühüm bir hədəfə qarşı hərbi əməliyyat keçiriblər.

Əlsərii bildiribdir ki, bu hücum «Zulfəqar» ballistik raketi və dörd ədəd «Səmad 3» PUA-sı vasitəsi ilə həyata keçirilib.

O, qeyd edib ki, hücum Yəmənin mühasirəsi, həmçinin düşmənin təcavüzlərinin davam etməsinə cavab olaraq, həyata keçirilibdir.

Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb ki, əgər Yəmənə və bu ölkə xalqına qarşı mühasirə və təcavüz davam edərsə, Ali-Səud rejiminin cinayətləri və təcavüzlərinə ağrılı cavablar veriləcəkdir.