Ərəbistanın Yəmənə qarşı cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367212-Ərəbistanın_yəmənə_qarşı_cinayətləri_davam_edir
Təcavüzkar Səudiyyə koalisiyası qırıcıları ardıcıl olaraq iki gündür ki, Yəmənin Səna vilayətinə qarşı hücumlar həyata keçirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 12:16 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı cinayətləri davam edir

Təcavüzkar Səudiyyə koalisiyası qırıcıları ardıcıl olaraq iki gündür ki, Yəmənin Səna vilayətinə qarşı hücumlar həyata keçirirlər.

Səhər Azəri bildirir ki, bu barədə Yəmənin Əl-Məsirə informasiya kanalı məlumat yayıb. 

Səudiyyə Ərəbistanı qırıcıları bu gün bazar Səna beynəlxalq hava limanına yaxın ərazilərə qarşı 5 hücum həyata keçiriblər. Bu hücumlardan üçü Əs-Surə şəhərinin Əl-Nəhzə məntəqəsinə, ikisi isə Bəni Əl-Haris şəhərinin Əl-Əruq məntəqəsinə edilib. 

Səudiyyə qırıcıları həmçinin, Ərhəb şəhərinin Əl-Səmə məntəqəsinə qarşı 4 hücum həyata keçiriblər. Bu hücumlarda 2 mülki xəsarət alıb. 

Səudiyyə koalisiyası qırıcıları dünən də Yəmənin Səna vilayətində müxtəlif məntəqələrə qarşı hücum əməliyyatları həyata keçiriblər. 

Ərəbistan ABŞ, BƏƏ və daha bir neçə ölkənin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərbi təcavüzlərə başlayıb, ölkəni havadan, qurudan və dənizdən mühasirəyə alıb. 

İndiyə kimi Yəmən müharibəsində 16 min yəmənli həyatını itirib. On minlərlə insan yaralanıb, milyonlarla nəfər didərgin düşüb.