Sen 19, 2020 15:51 Asia/Baku
  • İsraildə koronavirus infeksiyasına yoluxanların sayı artır

Sionist rejimin Səhiyyə Nazirliyi ötən bir gün ərzində koronavirus infeksiyasına yoluxanların sayında rekord səviyyədə artımın qeydə alındığını bildirib.

Səhər Azəri bildirir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə İsrail rejiminin Səhiyyə Nazirliyi ötən bir gün ərzində 5297 nəfərdə koronavirus infeksiyası aşkar edilib.  Bu isə işğal edilmiş ərazilərdə indiyə kimi qeydə alınan ən yüksək rəqəmdir. 

Bununla da işğal edilmiş ərazilərdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 179 071 nəfərə çatıb. Xəstələrdən 512-nin vəziyyəti ağır elan olunub. 

İndiyə kimi koronavirus infeksiyasına yoluxma nəticəsində İsraildə həyatını itirənlərin sayı isə 1196 nəfərə çatıb. 

İşğal edilmiş ərazilərdə koronavirus qurbanlarının sayında artımın müşahidə edilməsi ilə Nazirlər Kabineti 3 həftə müddətinə qapanma barədə qərar qəbul edib. 

İsrailin Səhiyyə Nazirliyinin yüksək səviyyəli rəsmiləri bir müddət öncə işğal olunmuş ərazilərdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində lazımi tədbirlərin görülmədiyini və elə buna görə də virusun sürətlə yayılmasının şahidi olduqlarını bildirmişdilər. 

İşğalçı rejimin səhiyyə rəsmiləri payız və qış fəsillərində Anfulanza və Qrip kimi yolxucu xəstəliklərin artması ilə koronavirusun daha sürətlə yayılmağa başlayacağına dair xəbərdarlıq ediblər. Bu məlumata görə İsrail xəstəxanaları belə bir vəziyyətlə üzləşməyə hazır deyillər. 

Teqlər