İsrail ilə diplomatik əlaqələrə qlobal etirazların davamında
Livan işğalçı rejimlə əlaqələrin qurulmasını qınadı
Sen 22, 2020 14:18 Asia/Baku
Müxtəlif livanlı və fələstinli qrupların nümayəndələri Beyrutun cənubunda, Zahiyə məntəqəsində bir araya gələrək, ərəb başçılarının sionist rejimlə əlaqələrini aşkar müstəviyə çıxartmalarına etiraz ediblər.
Səhər Azəri bildirir ki, Livanlı və Fələstinli qrupların nümayəndələri Beyrutun Zahiyə məntəqəsində simvolik aksiya təşkil edərək, asılı ərəb rejimlərinin işğalçı İsrail rejimi ilə diplomatik əlaqələr qurmalarını kəskin formada qınayıblar.
Koronavirus pandemiyası ilə əlaqədar az sayda insanın iştirakı ilə keçirilən aksiyada fələstinli didərginlərin öz torpaqlarına qayıtmaq haqqına təkidin edilməsi və ərəb başçılarının Fələstin xalqına xəyanətinin pislənilməsi üzrə imza toplama kampaniyası başladılıb.