Sen 26, 2020 13:59 Asia/Baku

Sudanlılar sionist İsrail rejimi ilə diplomatik əlaqələrin qurulmasını böyük xəyanət adlandırıb və onu qınayıblar.

Səhər Azəri bildirir ki, Sudanın paytaxtı Xartumda İsrail ilə diplomatik əlaqələrin qurulmasına etiraz olaraq aksiya keçirilib. 

Əl-Cəzirə kanalının məlumatına görə, Sudan polisi aksiya iştirakçılarına qarşı güc tətbiq edərək, onları dağılışmağa məcbur edib. 

Aksiya iştirakçıları İsrail ilə diplomatik əlaqələrin qurulmasına etiraz olaraq Abdullah Həmduk hökumətinə qarşı şüarlar səsləndiriblər. 

Sudan polisi etiraz aksiyasının təşkilatçılarından olan iki nəfəri həbs edib. Saxlanılan şəxslərdən birinin paytaxt məscidlərindən birinin axundu olduğu bildirilir. 

 

Teqlər