Azərbaycan Respublikası Türkiyənin tələsinə düşməsin
Suriya Xarici İşlər Nazirliyi Qarabağ böhranının siyasi həllini istəyib və Türkiyənin bu böhrandakı iştirakı haqda Azərbaycan Respublikasına xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Suriya Xarici İşlər Nazirliyindəki rəsmi bir şəxs bu ölkənin rəsmi informasiya agentliyi ilə müsahibədə deyib: Suriya Azərbaycan Respublikası hökumətinə xəbərdarlıq edir ki, agah olsun və Türkiyənin planları tələsinə düşməsin, həmçinin Ermənistanın ixtilafların həlli, dialoq və atəşkəs üzrə təklifini qəbul etsin.
Suriya Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu ölkə hökuməti Türkiyənin Ermənistan-Azərbaycan Respublikası döyüşlərinə müdaxiləsi barədə xəbərdarlıq və Ankaranın bu hərəkətini vəziyyətin daha da ağırlaşdırılması istiqamətində atılan addım hesab edir.
Suriya Xarici İşlər Nazirliyi vurğulayıb: Türkiyənin iştirakı və Bakıya dəstək verməsi bu ölkənin dünyanın digər nöqtələrində atdığı addımlar kimi, həmçinin fitnə alovunun daha da şölələndirilməsi və böhranın yaradılması istiqamətindədir.