Bəhreyn xalqı sionist rejimlə sazişə qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368598-bəhreyn_xalqı_sionist_rejimlə_sazişə_qarşı_aksiya_keçirib
Bəhreynin müxtəlif bölgələrinin sakinləri amerikan-sionist heyətin bu ölkəyə səfərinə qarşı çıxaraq, aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2020 10:31 Asia/Baku
  • Bəhreyn xalqı sionist rejimlə sazişə qarşı aksiya keçirib

Bəhreynin müxtəlif bölgələrinin sakinləri amerikan-sionist heyətin bu ölkəyə səfərinə qarşı çıxaraq, aksiya keçiriblər.

SəhərAzəri xəbər verir, Qeyd olunan səfərdə məqsəd, Manama-Təl-Əviv münasibətlərinin adiləşdirilməsi barədəki sazişl dövlət səviyyəsində elan etməkdir.

Bəhreynin müxtəlif bölgələrinin sakinləri dünən gecə küçələrə çıxıblar. Onlar şüarlar verərək, bir daha Bəhreyn hökumətinin sionist rejimlə əlaqələri adiləşdirməsini pisləyiblər.

Bəhreyn Əlvifaq cəmiyyəti də bir açıqlamada BMT-nin və dünya ictimaiyyətinin Ali-Xəlifə rejimini sionist rejimlə saziş barədə referendumun keçirilməsinə məcbur etmələrini istəyibdir. Zira Bəhreyn xalqının doxsan beş faizindən çoxu bu sazişə qarşıdır.

Dünən bir sionist-amerikan heyət sionist rejimin Bəhreynlə həmkarlıqlarının genişləndirilməsini qətiləşdirmək məqsədilə Manamaya səfər edib. Bu səfərdə iki tərəf arasında iqtisadi əməkdaşlıqlar, həmçinin diplomatik və dinc əlaqələrin qurulması üzrə səkkiz memorandum imzalanıbdır.

Əmirliklər və Bəhreyn Qüdsü işğal etmiş rejimlə sazişin elan olunmasından sonra sentyabrın on beşində Ağ Ev-də ABŞ prezidenti Donald Trampın və sionist rejimin baş naziri Benyamin Netanyahunun iştirakı ilə keçirilən bir mərasimdə münasibətlərin adiləşdirilməsi barədə saziş imzaladılar.