Suriyanın Hələb şəhərində insanların əmlakı terrorçular tərəfindən talan edilir
Suriyanın şimalında yerləşən Afrin şəhərindəki İnsan Hüquqları Təşkilatı bir bəyanatda Türkiyəyə bağlı olan terror qruplaşmalarının yeni cinayətinin üstünü açıb.
SəhərAzəri xəbər verir, Afrin şəhərindəki İnsan Hüquqları Təşkilatı dünən bir bayanat yayaraq, Türkiyə hərbçilərinin dəstəklədiyi terrorçuların Hələb vilayətinin şimalındakı kəndlərdə insanların evlərinə basqın edərək, onların əmlakını qarət etdiklərini açıqlayıb.
Bu təşkilatın bildirdiyinə əsasən, Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin şimalında yerləşən "Əmru Uşağı" kəndini ələ keçirib və oradan bir baza olaraq, istifadə edirlər.
Hazırda Suriyanın şimalındakı bəzi ərazilər Türkiyə ordusu və Türkiyənin dəstəklədiyi terror qrupları tərəfindən işğal olunub.
Türkiyə Suriyadakı terror qruplaşmalarının əsas himayədarlarındandır.