Okt 22, 2020 23:29 Asia/Baku
  • Livanda yeni hökumətin təşkili Səəd əl-Həririyə tapşırıldı

Livanın "Əl-Müstəqbəl" fraksiyasının sədri Səəd əl-Həriri parlament məsləhətləşmələrində lazımi səsi toplayaraq, bu ölkə prezidenti tərəfindən yeni nazirlər kabinetinin yaradılması əmrini alıbdır.

  SəhərAzəri "Əl-Əhd" xəbər portalının məlumatına istinadla xəbər verir ki, Livanın sabiq baş naziri və  "Əl-Müstəqbəl" fraksiyasının sədri Səəd əl-Həriri parlamentin bu günkü məsləhətləşmələrində deputatların 120 səsindən 65 səsini qazanıb və beləliklə baş nazir növbəti hökuməti qurmaq tapşırığını alıbdır.

Deputatların səs verməsindən sonra Livan prezidenti Mişel Aun Səəd Əl-Həririni qədul edib və ona yeni hökuməti qurmağı əmr edib.

Bugünkü parlament müşavirələrində 65 millət vəkili Səəd Əl-Həririni üstünlük verdikləri namizəd kimi irəli sürüblər. Hizbullahın "Əl-Vəfa Lilmüqəvimə" fraksiyasının üzvləri də daxil, 53 deputat, konkret bir şəxsi nəzərdə tutmadıqlarını bildiriblər və iki deputatda səs verməyiblər.

Avqustun 4-də dəhşətli bir partlayış Beyrut limanını dağıtdı ki, bu partlayış nəticəsində 190-dan çox insan həyatını itirdi və 6 500 nəfər də yaralandı.

Partlayışdan və Livandakı siyasi böhrandan sonra, bu ölkənin baş naziri Həssan Diab istefaya getdi və parlamentin qərarı ilə Mustafa Ədib, ölkədə nazirlər kabinetini formalaşdırmaq üçün seçildi. 

Livanda yeni hökuməti qurmaq əmri alan Mustafa Ədib də sentyabrın sonunda öz vəzifəsindən istefa verdi.

Teqlər