Suriyada ABŞ-ın 4 hərbçisi öldürülüb
Syriya KİV-ləri bu ölkənin şərqində yerləşən Deyr Əl-Zor vilayətində yol kənarında quraşdırılan bombanın partlaması nəticəsində ABŞ-ın 4 terrorçu hərbçisinin ölümündən xəbər veriblər.
SəhərAzəri xəbər verir, ABŞ-a məxsus bir hərbi avtomobilin "Mərkədə" qəsəbəsindən keçərkən, Əl-Həsəkə-Deyr Əl-Zor yolu kənarında quraşdırılmış bomba partlayıb, nəticədə ABŞ-ın dörd terrorçu hərbçisi öldürülüb.
ABŞ terror qruplaşmaları ilə mübarizə bəhanəsi qanunsuz olaraq, Suriyada hərbi iştirak edir.
ABŞ-ın terrorizm ilə mübarizə bəhanəsi ilə Suriyada qanunsuz mövcudluğu elə bir haldadır ki, bu ölkə prezidenti Donald Tramp Vaşinqtonun İŞİD başda olmaqla terror qruplaşmalarının yaradıcısı olduğunu etiraf edib. Rəsmi məlumatlara görə, ABŞ bu günə qədər Suriyada yerləşən terrorçulara milyardlarla dollarlıq silah və texnika verib.
Suriyalı rəsmilər dəfələrlə ABŞ-ın Suriyadakı hərəkətlərinin "işğalçılıq" olduğunu vurğulayıblar.
Suriyadakı böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək üçün bu ölkəyə geniş hücumu ilə başlayıb.