Noy 30, 2020 18:48 Asia/Baku
  • Livan şəhid Fəxrizadəyə qarşı terroru qınayıb

Livanın Xarici İşlər Nazirliyi İranın müdafiə və nüvə sahəsi alimi şəhid Möhsün Fəxrizadəyə qarşı törədilən terror aktını qınayıb.

SəhərAzəri Livanın Milli Xəbər Agentliyinə istinadən xəbər verir, Livanın Xarici işlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, bu cür cinayətlər gərginliyin artmasına səbəb olur və beynəlxalq qanunlarda qınanıb və rədd edilib.

Livanın Xarici işlər Nazirliyi regionun yeni ssenarilər və daha ağır və daha pis hadisələrə doğru sürüklənməsinin qarşısını almaq üçün bütün tərəfləri maksimum dərəcədə təmkinlik nümayiş etdirməyə çağırıb.

Livanın Xarici işlər Nazirliyi qeyd edib ki, terror və qətl əməliyyatı regionda qarşıdurmanın artmasına və səbəb olur və əmin-amansızlıq yaradır və bu cür cinayətlər beynəlxalq qanunlarda və bütün qlobal müahidələrdə qınanıb və rədd edilib.

Qeyd edək ki, noyabrın 27-də silahlı terrorçu ünsürlər İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının Rəhbəri və ölkənin nüvə sənayesinin alimlərindən olan şəhid Möhsün Fəxrizadənin avtomobilinə hücum edərək, onu şəhid ediblər. 

İndiyə qədər bir çox ölkə, o cümlədən Rusiya, Venesuela, Cənubi Afrika və Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsini qınayıblar.

Teqlər