Netanyahuya qarşı aksiyada bir etirazçı öldürülüb
Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı keçirilən aksiyada bir etirazçının öldürülməsi haqda xəbərlər yayılıb.
SəhərAzəri xəbər verir, sionist «Ceruzalem Post» qəzetinin yazdığına görə, Deror Sufer adlı bu 82 yaşlı aksiyaçı dünən gecə keçirilən aksiyada Netanyahunun tərəfdarlarından birinə məxsus olan avtomobillə vurulub. Sufer aldığı yaraların ağırlığı üzündən həyatını itirib.
Öldürülmüş etirazçı, hər həftə Netanyahuya qarşı keçriilən aksiyalarda iştirak edən Facebook şirkətinin işğal olunmuş Fələstindəki şöbəsinin müdiri Adi Sufer Saninin atasıdır.
Bu aksiya zamanı azı iyirmi etirazçı da sionist rejim polisi tərəfindən həbs olunubdur.
İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyası, eləcə də onun iqtisadiyyat, həmçinin koronavirusla mübarizə sahələrindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahididirlər.
Aksiyaçılar Netanyahunun hakimiyyətdən getməsini tələb edirlər.