Süleymaniyədə siyasi partiya binasına hücum ediblər
Dek 08, 2020 19:52 Asia/Baku
İraqın Süleymaniyə şəhərinin Piremerqun qəsəbəsində Məsud Bərzani liderliyindəki "Kürdüstan Demokrat Partiyası"na məxsus binaya hücum edilib.
SəhərAzəri Eastnews-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq mühafizə orqanları məlumat yayıblar. Məlumatda vurğulanır ki, hadisə zamanı qarşıdurma baş verib və 15 nəfər yaralanıb. Bölgəyə polis qüvvələrinin yeridildiyi və onlarla insanın da saxlanıldığı diqqətə çatdırılır.