Süleymaniyyə etirazlarında ölən və yaralıların sayı artıb
İraq Kürdüstanının Süleymaniyyə vilayətindəki etiraz aksiyalarında daha iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
SəhərAzəri İRNA-ya xəbər verir ki, küçə aksiyaları dövlət işçilərinin maaşlarının 4 ay gecikməsinə və acınacaqlı iqtisadi və məişət şəraitinə, habelə korrupsiyaya qarşı etiraz olaraq, bu vilayətin bəzi bölgələrində, o cümlədən Çəmçəmal, Seyid Sadiq və Şarzor bölgələrində 7 gündür ki davam edir.
Dünən gecə Cəmçəmal və Ərbət bölgələrindəki küçə aksiyalarında baş verən zorakılıqlar nəticəsində iki nəfər ölüb və bir neçə nəfər yaralanıb.
Eyni zamanda İraq Kürdüstanı bölgəsinin Yüksək Təhlükəsizlik Komitəsi, çərşənbə günü gecə bir bəyanat yayaraq, bildirib ki, icazəsiz nümayişlərin və ya toplantıların keçirilməsi qadağandır və ictimai əmlaka zərər verə biləcək istənilən aksiyaların qarşısı alınacaqdır.
Bu komitə əlavə edib: "Hər kəs rəsmi şəkildə həbs edilərsə, qanuna əsasən, məhkəməyə veriləcək, siyasi tərəfləri və mediaları hazırkı vəziyyətə məsuliyyətli yanaşmağa çağırırıq".
Ötən gecə ölənlər də daxil, son 7 gün ərzində İraqın şimalındakı Süleymaniyyə vilayətinin etirazlarında 9 nəfər ölüb və 20-dən çox insan xəsarət alıb.