Dek 11, 2020 19:44 Asia/Baku
  • İraqın baş naziri Türkiyəyə gedir

İraqın Türkiyədəki səfiri İraq baş nazirinin gələn həftə yüksək səviyyəli heyətə rəhbərlik edərək Ankaraya rəsmi səfərlə gələcəyini açıqlayıb.

SəhərAzəri xəbər verir, bu gün (11 dekabr) İraqın Türkiyədəki səfiri Həsən Əl-Cənabi baş nazir Mustafa Əl-Kazıminin dekabrın 17-si Ankaraya səfər edəcəyini bildirib.
Əl-Cənabi, həmçinin İraqın xarici işlər naziri Fuad Hüseynin baş nazirin səfəri üçün şərait hazırlamaq üçün tezliklə Ankaraya gələcəyini bildirib.
O, Əl-Kazıminin Türkiyəyə yüksək səviyyəli bir heyətin başında gələcəyini açıqlayıb.
Bundan əvvəl Türkiyənin Bağdaddakı səfiri Fateh Yıldız, Türkiyənin baş nazirini ölkəsinə rəsmi olaraq dəvət etmək üçün Ankara adından İraqın milli təhlükəsizlik müşaviri ilə görüşmüşdü.

Teqlər