Dek 14, 2020 08:46 Asia/Baku
  • Səudiyyə Ərəbistanın qərbindəki Ciddə Limanında bir tanker partlayıb

Bir dənizçilik şirkətindən olan mənbələr Səudiyyə Ərəbistanın qərbində yerləşən Ciddə Limanında bir tankerın partlamasından xəbər veriblər.

SəhərAzəri xəbər verir, "Associated Press"in məlumatına görə, Britaniyanın Dəniz Ticarəti üzrə Əməliyyat Mərkəzi bu gün Qırmızı dəniz sahilindəki Ciddə limanında bir tankerin xarici bir cisimlə toqquşması nəticəsində partladığını bildirib.

Britaniyanın "B.W" nəqliyyat şirkəti bildirib ki, Sinqapur bayrağı altında üzən "B.W Rine" gəmisinin 22 ekipaj üzvü hamısı xilas edilib və xəsarət alan olmayıb. Digər mənbələrin bildirdiyinə görə, gəmi Səudiyyə Əərbistanın bayrağı ilə hərəkət edirmiş.

Partlayış yerindən neft sızması ehtimalı barədə xəbərdarlıq edilib.

Səudiyyə rəsmiləri hələ ki bu hadisənin təfərrüatı barədə açıqlama verməyib və ya "Mehmin" neft ticarətinin liman və paylama mərkəzində baş verən bu hadisəyə münasibət bildirməyib.

Teqlər