Dek 20, 2020 22:32 Asia/Baku
  • Xarici müdaxilələr Livan hökumətinin təşkilinə mane olur

Livan Milli Azadlıq Cərəyanının sədri bəzi xarici ölkələrin müdaxilə və təzyiqlərini Livanın gələcək hökumətinin təşkilində əsas təxir amili adlandırıb.

SəhərAzəri xəbər verir, Livanın 77-ci hökumətinin təşkili qaranlıq bir halədədir. Səəd Həririnin təklif etdiyi nazirlər kabineti siyahısının bu ölkənin prezidenti Mişel Oun tərəfindən rədd edilməsindən sonra gələcək hökumətin təşkili üçün qeyri-əyani məşvərətlər yeni bir etapa daxil olubdur.

Qasim Haşim Livan parlamentinin üzvü deyir: "Hökumətin dərhal təşkili, xudbinlik və qanuna zidd yolda hərəkət ilə deyil, əksəriyyətin razılığı ilə əldə olunacaq. Sanki bəziləri xaricilərin yeni hökumətin təşkili barədə həll yolu təqdim etmələrini gözləyirlər. Amerika zorakılıqla Livana qarşı müdaxilə və fitnəyə əl ata bilməz".

Livan parlamentinin sədri Nəbih Berri də Səəd Həririnin Livanın yeni hökumətinin təşkil edilməməsinin nəticələri barədə bu ölkənin prezidenti Mişel Ouna vurduğu ittihama reaksiyada siyasi vəziyyəti təəssüfləndirici adlandırıb.

Siyasi icmalçı Səmir Həsən deyir: "Sonda görən, hökumət təşkil olunacaqmı? Mən bu qənaətdəyəm ki, təşkilin keyfiyyəti mühüm bir məsələdir, amma bu məsələ tez bir zamanda baş verməlidir. Xarici müdaxilələr, xüsusən Amerika, Fransa və səudlar tərəfindən müdaxilələr yeni mərhələyə daxil olub və Livanın iqtisadi və siyasi gələcəyi ciddi təhlükə ilə üzləşir".

Livanlılar koronavirusa yoluxduğuna görə, Emmanuel Makronun Livana səfərinin ləğv edilməsini yeni hökumətin təşkili yolunda xarici müdaxilələrin qarşısını almaq üçün siyasi qrupların anlaşmalarından ötrü münasib fürsət hesab edirlər.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın son günlər Xristian Azad Vətənpərvərlik Hərəkatının lideri Cubran Basil ilə virtual görüşündə də müştərək bir komitənin yaradılması üzrə strateji bir razılaşma əldə olunub. Bu komitə Livanın istiqlaliyyəti və hakimiyyətini himayə və mötəbər bir hökumətin yaradılması mövzusu ilə bu həftə iclas təşkil edəcək.

Teqlər