Təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371122-təcavüzkar_səud_koalisiyasının_yəmənə_qarşı_hava_hücumları_davam_edir
Təcavüzkar səud koalisiyası dekabrın 22-də bir daha Yəmənin Əl-Couf, Məarib və Sədə vilayətlərinin yaşayış massivlərini bombalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2020 19:08 Asia/Baku
  • Təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hava hücumları davam edir

Təcavüzkar səud koalisiyası dekabrın 22-də bir daha Yəmənin Əl-Couf, Məarib və Sədə vilayətlərinin yaşayış massivlərini bombalayıb.

SəhərAzəri Əl-Məsirə kanalına istinadən xəbər verir ki, təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin mərkəzində yerləşən Məarib vilayətinin Mahəliyyə bölgəsini bombalayıblar.

Yəmənin şimalında yerləşən Xəb və Əş-Şəf bölgələri də iki dəfə təcavüzkar səud qərəcəları tərəfindən hədəfə alınıb.

Təcavüzkar səud koalisiyasının artilleriya bölmələri də Yəmənin şimalındakı Sədə vilayətinnin Mənbə sərhəd bölgəsini top atəşinə tutublar.

Təcavüzkar səud koalisiyası son günlərdə dəfələrlə Yəmənin Əl-Couf, Məarib və Sədə vilayətlərinin yaşayış massivlərinə hava zərbələri endirib.