Yəmənin Ədən aeroportında bir neşə güclü partlayış baş verib
Yəmənin istefa vermiş hökumətinin yeni nazirlər kabinetinin üzvləri bu ölkənin cənubunda Ədən aeroportına gəldiyi vaxt bir neçə güclü partlayış baş verib.
SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki, Yəmənin istefa vermiş hökumətinin yeni nazirlər kabinetinin üzvləri Yəmənin Ədən aeroportına gəldiyi vaxt bir neçə güclü partlayış baş verib.
Məlumata nəsasən, partlayış səsi ilə eyni zamanda atışma səsi də eşidilib.
Partlayış nəticəsində 27 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı deyilir.
Məlumata görə, Ədən hava limanında şiddətli toqquşmalar da baş verib.
Yəmənin istefa vermiş hökumətinin üzvləri arasında xəsarət alanların olmadığı bildirilir.
Partlayışdan sonra istefa vermiş hökumətin baş naziri və kabinet üzvləri "Məaşiq" sarayına aparılıblar.
Bununla belə, Əl-Cəzirə telekanalının məlumatına görə, Yəmənin istefa vermiş hökumətinin mədəniyyət, turizm və informasiya naziri Yəmənin Ənsarullah Hərəkatına ittiham vuraraq, iddia edib ki, husilər Ədən hava limanına hücum ediblər.
Yəmən Ənsarullahının siyasi bürosunun yüksək səviyyəli bir üzvü bu ittihama reaksiya olaraq, vurğulayıb: "Ədəndəki partlayışın bizimlə heç bir əlaqəsi yoxdur və bununla bağlı bizə qarşı ittiham irəli sürmək, bizi muzdlularla qarşıdurmaya cəlb etmək üçün təkrarlanan bir mövzudur".
Yəmənin yeni hökumətin üzvləri Ərəbistanın paytaxtı Ər-Riyadda istefa vermiş prezident Əbd Rəbbə Mansur Hadinin qarşısında and içdikdən sonra Yəmənə dönüblər.