İraqda ABŞ koalisiyasının karvanı yolunda partlayış baş verib
İraq mənbələri bu ölkənin şimalında ABŞ hərbçilərinin logistika karvanı yolunda partlayışın baş verməsindən xəbər veriblər.
SəhərAzəri "Saberin News"a istinadən xəbər verir ki, ABŞ-ın bu logistika karvanı bu gün günortadan əvvəl İraqın şimalındakı Səlahəddin vilayətində yolun kənarında quraşdırılmış bomba ilə hədəfə alınıb.
Hələ ki itkilər və xəsarətlər barədə heç bir məlumat verilməyib və heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.
Yanvarın 4-də gecə saatlarında da ABŞ koalisiyasının digər bir karvanı Bağdadın 60 kilometrliyində Ducail şəhərinə gedən yolda partlayışa məryz qalıb. Partlayışa görə məsuliyyəti Qasim Əl-Cəbbarin qruplaşması öz üzərinə götürüb.
İraqın təhlükəsizlik mənbələri son həftələrdə ölkənin müxtəlif bölgələrində ABŞ hərbi konvoylarına qarşı bir neçə hücum olduğunu bildiriblər.
İraq xalqı və iraqlı qrupların bir çoxu terrorçu ABŞ qüvvələrinin İraqdan çıxarılmasını istəyir və İraq parlamenti də bu qüvvələrin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.