Yan 05, 2021 20:29 Asia/Baku
  • Qətər böhranının sona çatmasına dair rəsmi müqavilə imzalandı

Fars Körfəzi Əməkdaşlıq Şurasının sammitində iştirak edən başçılar Qətər böhranının sona çatmasına dair "Əl-Ula" bəyanatını imzalayıblar.

SəhərAzəri Fars-a istinadən xəbər verir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının 41-ci sammiti, üzvlər arasında kompromis və barışıq məqsədi ilə üzv ölkələrin başçılarının iştirakı ilə bu çərşənbə axşamı Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilib.

Sammitdə Qətər böhranına son qoymaq üçün ən çox səy göstərən ölkə olaraq, Küveyt Əmiri Şeyx Nəvaf Əl-Əhməd Əl-Səbah, bəyanatı imzalayan bütün ölkələrə təşəkkür edib.  

Küveyt Əmirinin çıxışından sonra zirvə görüşündə iştirak edən ölkələr Əl-Ula bəyanatını imzalayıblar. 

Bəyanatın imzalanması ilə 2017-ci ilin iyun ayında Qətər və Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir arasında başlayan böhran zahirdə bitmiş sayılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ilin iyun ayında Qətərlə əlaqələrini kəsdiklərini bildirib, bu ölkənin terrorizmi dəstəklədiyini  iddia ediblər, Lakin bu iddia Doha tərəfindən rədd edib.

Teqlər