Yan 10, 2021 10:11 Asia/Baku
  • Əl-Həşduş Şəbi Komandirləri ABŞ-ı qorxudur

Əl-Həşduş Şəbi vurğulayıb: “Komandirlərimiz ABŞ-ı qorxudur”

SəhərAzəri xəbər verir, İraqın Əl-Həşduş Şəbi təşkilatının Mətbuat Ofisi təşkilatın rəhbəri Falih Əl-Fəyyazın adının ABŞ tərəfindən sanksiya siyahısına salınmasına Tvitter üzərindən reaksiya verib.

Əl-Həşduş Şəbi təşkilatı “Komandirlərimiz ABŞ-ı qorxudur” heşteqi ilə paylaşdığı tvitində, belə qeyd edib: "ABŞ hökumətinin düşmən olaraq təyin etdiyi hörmətli insanlara qoşulan şəhidlərin dostu Əl-Həşduş Şəbinin lideri müəllimimiz Falih Əl-Fəyyazı təbrik edirik".

ABŞ-ın dövlət katibi Mayk Pompeo İraqdakı Əl-Həşduş Şəbi təşkilatının rəhbəri və keçmiş baş naziri Nuri Əl-Malikinin milli təhlükəsizlik müşaviri Falih Əl-Fəyyazı sanksiya siyahısına saldıqlarını bildirib.

Teqlər