Fələstin rəsmisi: "İsrail rejimindən heç bir vaksin almamışıq"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372762-fələstin_rəsmisi_İsrail_rejimindən_heç_bir_vaksin_almamışıq
Fələstinin Səhiyyə Nazirliyinin Tibbi Xidmətlər üzrə baş direktoru bildirib ki, Fələstinin Səhiyyə Nazirliyi və ya hər hansı bir Fələstin tərəfi İsrail rejimi tərəfindən heç bir vaksin almayıb və vaksinasiya barədə bizə bildiriş verilməyib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2021 14:29 Asia/Baku
  • Fələstin rəsmisi:

Fələstinin Səhiyyə Nazirliyinin Tibbi Xidmətlər üzrə baş direktoru bildirib ki, Fələstinin Səhiyyə Nazirliyi və ya hər hansı bir Fələstin tərəfi İsrail rejimi tərəfindən heç bir vaksin almayıb və vaksinasiya barədə bizə bildiriş verilməyib

SəhərAzəri xəbər verir ki, Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, Osamə Nəccar bazar günü deyib: "Sionist rejim beynəlxalq təzyiqə məruz qalıb və Fələstinə peyvənd göndərmə xəbərlərini yaymaqla bu təzyiqləri azaltmağa çalışır".

Nəccar qeyd edib ki, beynəlxalq təşkilatlar və insan haqları təşkilatları İsrail rejiminə İşğal olunmuş Fələstin ərazilərində vaksinasiyaya icazə verilməsi üçün təzyiq göstərirlər.

Bundan əvvəl İsrail rejiminin Teleradio Təşkilatı bu rejimin, tibbi işçilərin peyvənd olunması üçün Fələstin rəsmilərinə 5000 doza koronavirus vaksini verdiyini açıqlayıb.