Şeyx Nimrin qardaşı oğlunun edam hökmü ləğv edildi
Xəbər mənbələri, ərəbistanlı gənc, Əhli-Beyt (ə) ardıcılı, Şeyx Nimr Baqir Ən-Nimrin qardaşı oğlu Əli Məhəmməd Ən-Nimrin edam hökmünün ləğv edildiyini bildiriblər.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, medianın məlumatına görə, kral Salman bin Əbdüləzizin əmri ilə Ər-Riyaddakı xüsusi məhkəmə Əli Məhəmməd Ən-Nimrin edam hökmünü ləğv edib və ölüm hökmünün on il həbs cəzası ilə əvəz edilməsinə əmr edib.
Məlumata görə, bu vəziyyətdə on il həbs cəzası yaxın bir neçə ayda sona çatacaq.
Gənc Əhli-Beyt (ə) ardıcılı Əli Muhəmməd Ən-Nimrin cəzasının yaxın səkkiz ay ərzində sona çatacağı bildirilir.
Əli Ən-Nimr, həmçinin 17 və 15 yaşlarında olan iki dostu 2012-ci ilin fevralında Səud sülaləsinin rejimi altında olan Ərəbistan ərazisinin şərqində, əsasən şiələrin yaşadığı bölgədə kütləvi nümayişlərdə iştirak etməkdə ittihamı edilərək həbs olunmuşdular.
Bəzi mənbələr bu yeniyetmənin həbs olunmasının səbəbinin Şeyx Nimr Baqir Əl-Nimrlə yaxın münasibətləri olduğunu söyləyirlər, çünki Əli Muhəmməd Şeyx Nimrin qardaşı oğludur.
Nimrin ailəsi və beynəlxalq hüquq təşkilatları bundan əvvəl xəbərlərdə gəncin ölüm hökmünə səbəb olan ittiham aktını işgəncə altında imzalamaq məcburiyyətində qaldığını bildirmişdilər.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər beynəlxalq insan haqları təşkilatları Əli Ən-Nimrin yaşına görə, azadlığa buraxılmasını istəsələr də, Ər-Riyad edam edilməsində israr etmişdi.