Fev 28, 2021 08:28 Asia/Baku
  • Ər-Riyad Vaşinqtonun hesabatını rədd etdi

Səudiyyə Ərəbistanı rejiminin Xarici İşlər Nazirliyi Vaşinqtonun səudiyyəli müxalif yazar Camal Qaşıqçının öldürülməsi barədə hesabatını tamamilə rədd edib.

SəhərAzəri xəbər verir ki, Səudiyyə Ərəbistanı rejiminin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “Hesabatda ölkənin yüksək vəzifəli şəxsləri ilə bağlı heç bir şəkildə qəbul edilə bilməyən təhqiramiz və qeyri-dəqiq nəticələr var, həmçinin bu hesabatda bir məlumat toplusu və səhv nəticələr var.

Səudiyyə Ərəbistanının bu dəhşətli cinayəti qınadığı və rəhbərliyinin gələcəkdə bir daha təkrarlanmaması üçün lazımlı addımları atdığı bir vaxtda belə bir hesabatın yayımlanması həqiqətən təəssüf doğurur”.

Vaşinqton ilə Ər-Riyad arasındakı tərəfdaşlığa toxunulan açıqlamada, belə qeyd edilib: “Krallıq və ABŞ arasındakı tərəfdaşlıq, gələcəkdə təkrarlanmayacaq möhkəm təməllər üzərində qurulmuş sağlam və möhkəm ortaqlıqdır”.

Digər tərəfdən, Səudiyyə Ərəbistanırejiminin rəsmilərinə tətbiq olunan sanksiyaların rədd edildiyi bildirilən açıqlamada, belə qeyd edilib: “Krallıq rəhbərliyini, suverenliyini və məhkəmə müstəqilliyini hədəfə alan hər hansı bir qərarı rədd etdi”.

Açıqlamada, cinayətdə iştirak edənlərin məhkəmə qərarı ilə cəzalandırıldığı və Kaşıkçının ailəsinin də qərardan məmnun olduğu qeyd edilib.

Qeyd edək ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsi 2018-ci ildə hazırlanmış, lakin eks-prezident Donald Tramp administrasiyası tərəfindən ictimaiyyətə açıqlanmayan “Qaşıqçının kəşfiyyat qiymətləndirmə hesabatı”nı yayımlamışdı.

Teqlər