Mart 04, 2021 22:21 Asia/Baku
  • 42 beynəlxalq təşkilat Məhəmməd ibn Salmanın cəzalandırılmasını istəyib

Onlarla beynəlxalq insan haqları təşkilatı Səudiyyə vəliəhd şahzadəsinin insan haqlarının pozulması və müharibə cinayətlərinə görə cəzalandırılmasına çağıran bir açıqlama yayıb.

SəhərAzəri Eastnews-a istinadən xəbər verir ki, "Human Rights Watch" və digər 41 beynəlxalq təşkilat Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın Camal Qaşıqçının öldürülməsindəki roluna görə cəzalandırılmasına çağıran bəyanat yayıb.  

Bu qurumların verdiyi açıqlamada deyilir:  

"Məhəmməd ibn Salman Camal Qaşıqçının öldürülməsindəki roluna və digər insan haqlarının pozulmasına görə cəzalandırılmalıdır. Səudiyyə rəsmiləri Səudiyyə müxalifətinə qarşı repressiv hərəkətlərini və haqsız mühakimələrini davam etdirir. Səudiyyə Ərəbistanında müxaliflərə edilən işgəncə barədə də məlumatlar var. Həm də Səudiyyə rəsmilərinin Yəməndəki müharibə qanunlarını pozması ilə bağlı bəzi hərəkətləri bu ölkədə müharibə cinayətləri törətmək deməkdir". 

Teqlər