Mart 05, 2021 20:51 Asia/Baku
  • Roma papası Bağdada daxil olub

Dünya katoliklərinin rəhbəri Papa Fransis bu gün İraqın paytaxtı Bağdada daxil olub.

SəhərAzəri xəbər verir, Papa Fransis özünün İraqa olan ilk səfərində bu ölkənin baş naziri Mustəfa Əlkazimi də daxil olmaqla İraqın yüksək vəzifəli rəsmilərinin qarşılama mərasimi ilə Bağdad hava limanına daxil olub.

İraq prezidenti Bərhəm Salih ilə görüş, dünya katoliklərinin rəhbəri Papa Fransisin ilk tədbiri olubdur.

Papa İraq prezident sarayında deyib: Koronavirus pandemiyası sosial və iqtisadi şəraitin əlverişsiz olmasına səbəb olub və bu şəraitlə mübarizə birgə səylər tələb edir.

Qərar üzrə Roma papası bu üçgünlük səfərdə Bağdaddan əlavə, İraqın Nəcəfi-Əşrəf, Ərbil, Mosul və Nasiriyyə şəhərlərinə də səfər etməlidir.

Nəcəfi-Əşrəfdə İraq şiələrinin ali mərcəyi Ayətullah Seyyid Əli Sistani ilə görüşmək və Həzrət İbrahim(ə)ın doğulduğu tarixi Ur şəhərini ziyarət etmək, papanın ən mühüm proqramıdır.

Papa İraqa səfər etməzdən öncə bir video-klipdə özünün İraq səfəri barədə belə deyib: Mən bir sülh zəvvarı kimi İraqa gələcəyəm; qardaşlıq və barışıq ardıncayam və qarşıdakı günlərdə sizin yanınızda olacağam.

Teqlər