Mart 17, 2021 01:46 Asia/Baku

İraqın Kərbəla şəhərində yerləşən Həzrət İmam Hüseynin (ə) və qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarında Şəbaniyyə mövludları münasibətilə bayram hazırlıqları davam edir.

SəhərAzəri- Deyerler.org-yə ist inadən xəbər verir ki, mövludlar ayının daxil olması ilə əlaqədar müqəddəs ziyarətgahların bütün sütunlu dəhlizləri, səhnləri və meydanlarına mövlud bayraqları asılıb.

 Xatırladaq ki, “Mövludlar ayı” kimi adlandırılan şəban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbülfəzl Abbasın (ə), 5-i İmam Zeynul Abidinin (ə), 11-i Həzrət Əli Əkbərin (ə) və 15-i İmam Məhdi Sahibəz-Zamanın (ə.f) mübarək mövlud günləridir.

 

Teqlər