Yəmən ordusu Ərəbistanın Əbha hava limanında hərbi hədəflərə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374618-yəmən_ordusu_Ərəbistanın_Əbha_hava_limanında_hərbi_hədəflərə_hücum_edib
Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın cənub-qərbində yerləşən Əbha hava limanındakı hədəflərə qarşı PUA hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2021 08:00 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın Əbha hava limanında hərbi hədəflərə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın cənub-qərbində yerləşən Əbha hava limanındakı hədəflərə qarşı PUA hücumundan xəbər verib.

SəhərAzəri xəbər verir ki, ذriqada generalı Yəhya Əlsərii dünən gecə öz tvitter hesabında yazıb: Allah-Taalanın lütfkarlığı ilə PUA bölməsi Əbha beynəlxalq hava limanına qarşı hücum əməliyyatı həyata keçirib.

Yəhya Əlsərii sonra bildirib: Bu əməliyyatda mühüm hərbi bir hədəf «Qasif-2» tipli PUA ilə hədəfə alınıb və hədəf dəqiq olubdur.

Yəmən silahlı qüvvələrinin sözçüsü əməliyyatın tərzi barədə deyib ki, bu hücum təcavüzkar koalisiya tərəfindən Yəmənin mühasirəsinin davam etdirilməsi və döyüşlərin şiddətlənməsinə qanuni cavab çərçivəsində həyata keçibdir.

Yəmən ordusu bundan öncə də səud koalisiyasının qırıcılarını qəbul edən bu hava limanını hədəfə almışdı.