Qaşıqçının qətli ilə bağlı Bin Salman məhkəməyə çağırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i374701-qaşıqçının_qətli_ilə_bağlı_bin_salman_məhkəməyə_çağırılıb
Ərəbistan vəliəhdi, Camal Qaşıqçının qətli işi ilə bağlı məhkəməyə çağırılıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 21, 2021 09:59 Asia/Baku
  • Qaşıqçının qətli ilə bağlı Bin Salman məhkəməyə çağırılıb

Ərəbistan vəliəhdi, Camal Qaşıqçının qətli işi ilə bağlı məhkəməyə çağırılıb.

SəhərAzəri xəbər verir ki, Səud jurnalisti Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz, Ərəbistan vəliəhdi Muhəmməd Bin Salmana qarşı şikayət edib və səud şahzadəsi məhkəməyə çağırış məktubunu alıbdır.

Bin Salmana qarşı şikayət ərizəsi ötən milad ilində Amerikada tərtib olunub və ali-səud krallığının vəkilləri bu çağırış məktubunu alıblar.

Muhəmməd Bin Salmanın Camal Qaşıqçı ilə bağlı adam oğurluğunda və qətldə ittiham edildiyi bu şikayət ərizəsində deyilir: Qaşıqçıya qarşı qəddarcasına işgəncə və qətl dünyanın elmi cəmiyyətini şoka salıb. Təcavüzkarlar bu cinayətin vasitəsilə ərəb ölkələrində demokratik islahatların tərəfdarı olan Qaşıqçını durdurmağa cəhd etdilər.

Hal-hazırda səud şahzadəsinin nümayəndələri kimi üç vəkil məhkəməyə təqdim edilib.