Səud Koalisiyasının qırıcıları Yəmənin paytaxtını bombalayıblar
Səud Koalisiyasının qırıcıları bu gün səhər saatlarında Yəmənin paytaxtı Sənanın müxtəlif bölgələrini bombalayıblar.
SəhərAzəri Əl-Məsirə kanalına istinadən xəbər verir ki, təcavüzkar səud koalisiyasının qırıcıları Əl-Nəhdəyn bölgəsini dörd dəfə, Əl-Nəhzə məhəlləsini isə bir dəfə hədəfə alıblar.
Səudi koalisiyası verdiyi bəyanatda, Yəmən qüvvələrinin Sənadakı raket və PUA istehsalı zavodlarını hədəf aldığını iddia edib.
Bəyanatda bu əməliyyatdan məqsədin Səudiyyə Ərəbistanına gözlənilən hücumun mənbəyini zərərsizləşdirmək və məhv etmək olduğu iddia olunub.
Səud koalisiyasının Yəmənə qarşı müharibəsi martın 26-da yeddinci ilə daxil olur.
Yəmənin silahlı qüvvələrinin sözçüsü Yəhya Əl-Səri, Səud koaslisiyasının ötən altı il ərzində 260 dəfədən çox, cari miladi ilin əvvəlindən isə min dəfədən çox Yəmənin müxtəlif bölgələrini bombaladığını açıqlayıb.