Mart 24, 2021 15:10 Asia/Baku
  • Səudiyyə rejiminin koalisiyası Yəmənin taxıl anbarlarını bombaladı

Səudiyyə rejiminin təcavüzkar koalisiyası, Yəməndəki yaşayış bölgələrinə hücumlarını davam etdirərək, Qırmızı dəniz sahilində yerləşən Səlif limanındakı bir neçə mühüm əhəmiyyətli bazanı və taxıl anbarını bombalayıb.

SəhərAzəri   Əl-Məsirə-dən nəql edərək  xəbər verir ki, BMT-niin bildirdiyinə görə, Səudiyyə rejiminin koalisiyası Səlif limanını və Əl-Hudeydanın şimalındakı taxıl anbarını və Sənadakı bir neçə həyati əhəmiyyətli bazanı hədəfə alıb.

 Reuters-in məlumatına görə, Əl-Hudeydadakı BMT nümayəndə heyəti bazar ertəsi günü verdiyi açıqlamasında, iki raketin qida şirkətinə məxsus anbara və yaşayış məntəqələrinə düşdüyünü söyləyib.

 Məlumata görə, yerli Yəmən səlahiyyətliləri hücum nəticəsində altı işçinin yaralandığını və tibb müəssisələrinə aparıldığını bildiriblər.

 Stokholm sazişində (2018) BMT-nin vasitəçiliyi ilə Səlif limanı Qırmızı dənizə baxan bir bufer zonası elan edilib.

 Sənadakı Yəmən Milli Qurtuluş Hökumətinin Sənaye və Ticarət Nazirliyi də Səlif limanına hücumun Yəmən xalqına qarşı iqtisadi müharibənin bir hissəsi olduğunu açıqlayıb.

 Səudiyyə rejiminin təcavüzkar koalisiyası, Sənada raket və pilotsuz təyyarələrin yığılması üçün istifadə edilən emalatxananı hədəfə aldığını iddia edib.

 

Teqlər