Mart 25, 2021 19:41 Asia/Baku
  • Qətər: “Bayden hökuməti tərəfindən heç bir tədbir görülməyib”

Qətərin xarici işlər naziri Məhəmməd Əbdül Rəhman Əl-Sani ölkəsinin vasitəçiliyinə davam etdiyini və nüvə razılaşmasını bərpa etmək üçün İran və ABŞ ilə davamlı təmaslarda olduğunu söyləyib.

SəhərAzəri xəbər verir ki,İraqda olan Məhəmməd Əbdül Rəhman Əl-Sani, Əl-Əhd informasiya şəbəkəsinə müsahibəsində region haqqında, xüsusən İran və dünyanın nüvə proqramı barədə danışıb.

 Qətərin xarici işlər naziri müsahibəsində İranın nüvə müqaviləsi və vasitəçilik səyləri ilə bağlı bunları deyib: “İndiyə qədər Qətər hökuməti tərəfindən İran və ABŞ-ı eyni masaya gətirmək üçün heç bir plan və ya təşəbbüs yoxdur, Qətər bu məsələyə iki baxımdan baxır: Birincisi, İran ilə ABŞ arasındakı böhran Qətərin və ya bölgədəki heç bir ölkənin marağında deyil və heç kim bu baxımdan gərginliyi artırmaq istəmir.

 ABŞ və İranın nüvə sazişinə qayıtmasını və daha sonra İranla bölgə ölkələri arasında regional dialoqun əsasını təşkil etməsini istəyirik ... İran hökuməti ilə daim əlaqə saxlayırıq və iki ölkə arasında nüvə razılaşmasına qayıtmaq və regional danışıqlara başlamaq üçün müsbət atmosfer yaratmaq üçün məsləhətləşmələr aparılır.

 İran tərəfi regional danışıqların başlamasına müsbət reaksiya verdi, lakin nüvə məsələsinə zəmin hələ hazır deyil”.

 Aparıcı daha sonra Bayden rəhbərliyinin hakimiyyətə gəlməsi və Donald Tramp administrasiyası ilə İranın nüvə proqramı ilə müqayisədə istiqamətini soruşanda Əl-Sani belə cavab verib: “ABŞ tərəfindən hələ heç bir praktik tədbir görülməyib. Qətər və Avropa ölkələri də daxil olmaqla müxtəlif ölkələr vasitəçilik etməyə çalışırlar”.

Teqlər