Səna: “Yəmən böhranının ədalətli və hərtərəfli həllinə dair xəbər yoxdur”
Yəmən böhranının həlli üçün Məsqət danışıqlarından sonra, Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüs-Salam Yəməndə humanitar məsələyə ədalətli həll yolu tapılmadığını söyləyib.
SəhərAzəri xəbər verir ki,Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam bazar ertəsi (29 mart) Tvitter üzərindən verdiyi açıqlamasında bunları deyib: “Humanitar vəziyyəti bərpa edilməsi üçün ədalətli həll yolu yaradılmadı və humanitar məsələnin heç bir formada alver edilməyəcəyinə dair qəti mövqeyimizi vurğuladıq.
Yəmən humanitar işini digər işlərdən ayırmaq istəyi olmadıqda, bu hərtərəfli və ədalətli həll yolunun tapılmasında heç bir ciddiliyin olmadığını göstərir”.
Omanın paytaxtı Məsqətdə son günlər Yəmən müharibəsini dayandırmaq üçün siyasi həll yolu tapmaq üçün sıx danışıqlar aparılır.
Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun üzvü Əbdül Malik Əl-Əcri də Tvitter səhifəsində Yəmən böhranının həlli üçün Omandakı siyasi danışıqlar barədə buları yazmışdı: “Omanda BMT-nin, ABŞ və İsveç nümayəndələri və Avropa İttifaqı ilə sıx görüşlər və danışıqlar aparıldı.
Bu səylər ilk növbədə humanitar ehtiyacların ödənilməsinə yönəldilmişdir və bunlar mürəkkəb hərbi və siyasi həllərdən asılı olmayan məsələlərdir”.