Apr 02, 2021 05:46 Asia/Baku
  • Yəmən PUA-ları Səudiyyə Ərəbistanındakı

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü səhər saatlarında Yəmən ordusu və Xalq Komitələrinin Pilotsuz uçan aparatının, Səudiyyə Ərəbistanının cənubunda yerləşən "Əsir" əyalətinin "Xamis Muşeyt" bölgəsindəki "Kral Xalid" hava bazasına hücumundan xəbər verib.

SəhərAzəri xəbər verir ki, Yəhya əl-Sari, iki Yəmən ordusunin iki ədəd Qassif K2 yerli PUA-sının  Kral Xalid Hava Bazasını bombaladığını söyləyib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya əl-Sari, hücumun düşmənin cinayətlərinə , mühasirəyə həmçinin Səudiyyə təcavüzkarları koalisiyasının Yəmənə qarşı hücumlarının davam etməsinə cavab olaraq həyata keçirildiyini bildirdi.

"Cizan" və "Əbha" hava limanları və Səudiyyə Ərəbistanın cənubundakı "Kral Xalid" Hava Bazası son aylarda Yəmən ordusu və xalq komitələri-nin PUA-ları və raket bölmələri tərəfindən dəfələrlə hədəfə alındı.

Bu iki hava limanı, həmçinin Kral Xalid Hava Bazası, Yəməndə Səudiyyə koalisiyası hücumlarında istifadə edilən döyüşçülərə yanacaq doldurmaq və dəstək vermək üçün istifadə olunur.

Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından bəri Yəmənə hərbi təcavüzə və quru, dəniz və hava mühasirəsinə başladı. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hücumu indiyədək 17 mindən çox yəmənlini öldürüb ,on minlərlə insanı yaralayaraq, milyonlarla yəmənlini didərgin salıb

Səudiyyə hərbi təcavüzü həm də yoxsul Yəmən ölkəsini ciddi qida və dərman çatışmazlığı ilə tərk etdi.

Səudiyyə Ərəbistanı rejimi və müttəfiqləri bu günə qədər Yəmən xalqının müqaviməti səbəbiylə ölkədəki hədəflərinə (kuklalarına güc verərək) çata bilmədilər.

 

Teqlər