Apr 04, 2021 15:26 Asia/Baku
  • Məsciduləqsada sərt tədbirlər artıb

Sionistlər öz bayramlarından fələstinlilərə əzab-əziyyət vermək üçün istifadə edirlər. Onlar bu günlər pasxa bayramı bəhanəsilə müsəlmanlara namaz qılmaq və ya azan vermək üçün Məsciduləqsaya giriş icazəsi vermirlər.

SəhərAzəri xəbər verir ki, Sionistlər öz bayramlarından fələstinlilərə əzab-əziyyət vermək və Fələstin müqəddəslərini yəhudiləşdirmək üçün istifadə edirlər. Onlar bu günlər, yeddi gün sürən pasxa bayramı bəhanəsilə müsəlmanlara namaz qılmaq və ya azan vermək üçün Məsciduləqsaya giriş icazəsi vermirlər. Əvəzində sionist qəsəbə sakinlərinə Məsciduləqsaya giriş icazəsi verirlər.

m.m- Sionistlər belə bir hərəkətlə göstərməyə çalışırlar ki, Məsciduləqsanın məsuliyyəti onların üzərinə düşür.

Onlar zorla və nərə çəkməklə Məsciduləqsaya girir, müsəlmanlara isə giriş icazəsi vermirlər.

Sionistlər bu günlər sionist qəsəbə sakinlərinin təhlükəsizliyini təmin etmək bəhanəsilə yolları bağlayır, yoxlama-buraxılış məntəqələri yaradır və daha çox təhlükəsizlik tədbirləri görürlər.

Həmçinin Qərb sahilini və Qüdsün şərqini/ giriş və çıxışın qadağan olunduğu qapalı rayonlar elan edirlər.

m.m- Sionistlər sərt tədbirlər görərək, fələstinlilərin iqtisadi-ticari fəaliyyətlərinə ziyan vururlar. Onlar küçələri işğal ediblər. Bizə və avtomobillərimizə küçələrə girmək icazəsi vermirlər. Bu günlər Qəzzədəki şəraitdən daha sərt şərait bizə hakim kəsilibdir.

Qəsbkarlar hər bir münasibətdən Fələstin xalqını daha çox mühasirə etmək və onlara daha çox əzab vermək üçün istifadə edirlər.

Teqlər