Fələstinli yeniyetmə sionislərin atəşləri nəticəsində gözünü itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375597-fələstinli_yeniyetmə_sionislərin_atəşləri_nəticəsində_gözünü_itirib
İnformasiya mənbələri bir film yayaraq xəbər veriblər ki, sionistlər qərb sahilinin cənubunda bir fələstinli yeniyetməyə tərəf birbaşa atəş açmaqla onun bir gözünün kor olmasına bais olublar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 10, 2021 18:13 Asia/Baku
  • Fələstinli yeniyetmə sionislərin atəşləri nəticəsində gözünü itirib

İnformasiya mənbələri bir film yayaraq xəbər veriblər ki, sionistlər qərb sahilinin cənubunda bir fələstinli yeniyetməyə tərəf birbaşa atəş açmaqla onun bir gözünün kor olmasına bais olublar.

SəhərAzəri xəbər verir ki, bu məlumata görə, on üç yaşlı İzzəddin Əlbətş qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərinin mərkəzindəki Əlzaviyə bölgəsində sionist rejim hərbçilərinin rezin güllə atəşi ilə bir gözünü itiribdir.

Bu fələstinli uşaq Əlxəlil şəhərində bir göyərti satılan dükanda olarkən sionistlər tərəfindən hədəfə alınıb.

Digər tərəfdən, bir qrup fələstinli gənc cümə günü Babulzaviyə bölgəsində sionist rejim hərbçilərini daşa basaraq, onlarla toqquşubdur.

Sionistlər fələstinliləri dağıtmaq üçün bu toqquşmada rezin güllələrdən, gözyaşardıcı qazdan və səs bombalarından istifadə ediblər.