Əl-Məyadin İsrail rejimi gəmisinin BƏƏ yaxınlığında hədəfə alındığını bildirib
Apr 13, 2021 22:02 Asia/Baku
Bəzi mənbələr sionist rejimə məxsus bir gəminin BƏƏ sahilləri yaxınlığında hədəfə alındığını bildiriblər.
SəhərAzəri xəbər verir ki, bəzi mənbələr Tehran vaxtı ilə çərşənbə axşamı, BƏƏ-nin Əl-Füceyrə sahilləri yaxınlığında İsrail rejiminə məxsus bir gəminin hədəf alındığını bildiriblər.
Yerli mənbələr hücum edilən gəminin "Hyperion Ray" adlandığını və sionist rejimə aid olduğunu bildirirlər.
Sionist rejimin 12-ci telekanalı da "Hyperion Ray" gəmisinin Əl-Füceyrə limanının yaxınlığında bir raketlə hədəf aldığını bildirib.
Qeyd edək ki, aprelin 11-də səhər Nətənz nüvə təsisatının elektrik paylama şəbəkəsində qəza baş verib. Rəsmi Tehran daha sonra bu hadisənin terror aktı olduğunu bildirib və bu hadisəyə görə İsrail rejimini günahlandırıb.