İraqın şimalında sionist rejimin kəşfiyyat və casusluq əməliyyatı bazası hədəfə alınıb
Apr 14, 2021 14:23 Asia/Baku
İraq mənbələri çərşənbə axşamı İraqın şimalında sionist rejimin kəşfiyyat və casusluq əməliyyatı bazasının hədəfə alındığını bildiriblər.
SəhərAzəri "Saberin News"-a istinadən xəbər verir ki, xəbər kanalı və "Əl-Elam Əl-Müqavim Mərkəzi"nın məlumatına görə, İraqın şimalında sionist rejimin "Mossad" casusluq təşkilatına bağlı kəşfiyyat-əməliyyat bazası naməlum şəxslər tərəfindən hədəfə alınıb.
Qeyd olunan mənbələr, Mossadın casusluq bazasına edilən hücumu bu rejimə ciddi zərbə kimi dəyərləndiriblər.