Apr 15, 2021 22:32 Asia/Baku
  • Əl-Husi Təhlükəsizlik Şurasını Səudiyə rejiminin cinayətlərini dəstəklədiyinə görə tənqid edib

Yəmən Ali Siyasi Şurasının üzvü BMT Təhlükəsizlik Şurasını kəskin tənqid edərək bildirib ki, Səudiyə rejiminin koalisiyasının Yəmən xalqına qarşı cinayətləri qınanmalıdır və bunun üçün onlara təşəkkür etmək lazım deyil.

SəhərAzəri xəbər verir ki,Məhəmməd Əli Əl-Husi “Tvitter” səhifəsində yazıb: “Təhlükəsizlik Şurasının iclasında yanacaqla dolu olan gəmilərin Yəmənə girməsinə icazə verdiklərinə görə, Yəmən xalqının qatillərinə təşəkkür ediləcək və bundan sonra mühasirədə olan tərəf mühakimə olunaraq günahkar bilinəcək".

 "Deyerler.org"un Qərbi Asiya KİV-nə istinadən verdiyi xəbərə görə, Əl-Husi dünyanın ən böyük humanitar böhranına son qoymayan və bu terrora cavabdeh olanları əslində qınamayan hər hansı bir görüşün faydasız olduğunu ifadə edib: "Yəmən xalqı mühasirədədir və beynəlxalq ictimaiyyət yalnız susur və ya təəssüfləndiyini bildirir". Xatırladaq ki, Səudiyə rejimi ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından etibarən Yəmənə qarşı hərbi təcavüz edir.

 

Teqlər