Apr 27, 2021 18:24 Asia/Baku
  • Sionist yaraqlıları fələstinli uşaqlara işgəncə verir

Fələstinli Məhkumlar İdarəsi bir neçə fələstinli uşağa sionist yaraqlıları tərəfindən vəhşicəsinə işgəncə verməsi barədə hesabat yayımlayıb.

SəhərAzəri xəbər verir ki, fələstinli məhkumlar administrasiyası fevralın 26-sı işğalçı sionist rejiminin İordan çayının qərb sahilində üç fələstinli gənci həbs etdiyini, əllərinə qandal vuraraq gözlərini bağladıqdan sonra onları amansızcasına döydüyünü bildirib.

Fələstinli məhkumlar idarəsi, sionist hərbçilərin fələstinli uşaqların bədənlərinin həyati əhəmiyyətli hissələrinə ayaqla vurduğunu və daha sonra onları İordan çayının qərb sahilinin şimalındakı Majdo həbsxanasına aparmaq üçün hərbi maşına sürüyərək mindirdiyini qeyd edir.

Sionistlərin qanunsuz həbs etdiyi fələstinliləri, sionist rejimin həbsxanasına apararkən, onlara yol boyu fiziki işgəncələr verdikləri və bunu əyləncə kimi, gülərək etdikləri qeyd edilir. Fələstinli Məhkumlar İdarəsi, sionist rejimin fələstinli məhbuslara, xüsusən də uşaqlara fiziki və mənəvi işgəncə vermək üçün hər cür mənfur və qəddar üsullardan istifadə etdiyini bildirib.

Qeyd edək ki, sionist rejimin həbsxanalarında 39-u qadın, 155-i uşaq olmaqla, 4 min 400-dən çox fələstinli həbs edilib.

Teqlər