Təl-Əvivin mərkəzinə onlarla raket atılıb
Fələstin islam müqaviməti sionist rejimin «Əlşatiə» düşərgəsinə qarşı cinayətinə və Qəzzənin günahsız qadın və uşaqlarını qırğın etməsinə cavab olaraq, onlarla raketlə Təl-Əvivi öz intiqam mahiyyətli hücumları hədəfinə çeviribdir.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin müqaviməti bu gün səhər tezdən Təl-Əviv, Əsqəlan, Sedirot və Əşduda, həmçinin Təl-Əviv ətrafındakı digər rayonlara qarşı raket hücumlarının yeni dalğasına başlayaraq, qəsb olunmuş Fələstinin mərkəzinə tərəf çox sayda raket atıbdır.
Müqavimət bu dəfə hətta Təl-Əvivdən daha uzaq rayonları hədəfə alıb. Müqavimətin raketləri hətta Nabulusun və Netanyahnın yaxınlığınadək düşüb.
Bu hücumlar nəticəsində «Bir-əs-Səba» rayonunun elektrik cərəyanı kəsilib, Benquryon hava limanında isə həyəcan siqnalı çalınıb.
Bəzi sionistlər müqavimətdən istəyiblər ki, raket hücumlarını dayandırsın, zira sionist camiəsi bundan artıq raketin atılmasına taqətsizdir.