May 24, 2021 12:26 Asia/Baku
  • HƏMAS

İsrailin Daxili Təhlükəsizlik Xidməti olan "Şabak"ın sabiq rəhbəri Yoram Kohen son müharibə ilə bağlı açıqlama verib.

 SəhərAzəri-nin məlumatına əsasən, sabiq kəşfiyyatçı vurğulayıb ki, hal-hazırda Baş Nazir olan Benyamin Netanyahu tutduğu vəzifəyə layiq deyil və onun yerinə başqası gəlib vəziyyəti düzəltməlidir.  

"Biz gördük ki, HƏMAS nəzarət altında olmasına baxmayaraq, yüzlərlə raket ata bildi. Bu Ərəb-İsrail müharibəsindən bu günə qədər atılan ən çox raketlər müharibəsi idi", - deyə Yoram Kohen diqqətə çatdırıb.  

Sionist kəşfiyyatçı öz açıqlamasında qeyd edib ki, İsrail müharibəyə heç bir halda hazır deyildi.  

Bundan əlavə, İsrail xüsusi xidmət orqanı olan MOSSAD rəhbərinin müavini Amiran Leffin də verdiyi açıqlamada qeyd edib ki, HƏMAS bu gün Livan Hizbullahı qədər güclü olmaq yolunda qətiyyətlə addımlayır.  

Teqlər