İyun 13, 2021 14:49 Asia/Baku
  • Qəsb olunmuş ərazilərdə Netanyahuya qarşı aksiyalar davam edir

Qəsb olunmuş ərazilərin sakinləri bir daha sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Onlar dünən gecə sionist rejimin baş nazirinin işğal edilmiş Qüdsdə yerləşən iqamətgahı qarşısında keçirdikləri aksiyada Netanyahuya qarşı şüarlar veriblər.

Aksiya, sionist rejim parlamenti-knesset-in, bu rejimin yeni nazirlər kabinetinə etimad səsinin verilməsinin araşdırılması üzrə iclasından düz/ bir gün öncə təşkil olunub.

Knesset bu gün «Yeş Atid» partiyasının sədri- Yair Lapidin nazirlər kabinetinə etimad səsinin verilməsinin araşdırılması üzrə iclas keçirməlidir.

Qəsb olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına və onun koronavirus ilə mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olublar.

Netanyahunun başı son aylar dörd korrupsiya işi ilə qarışıbdır.

Teqlər